DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “Solğun sevgilər” tamaşası təqdim olunub (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, DOST İnklüziv
İnkişaf və Yaradıcılıq Mərkəzi və “Oyun” Teatr-studiyasının
əməkdaşlığı çərçivəsində “Solğun sevgilər” tamaşasının təqdimatı
olub.

Görkəmli dramaturqumuz Cəfər Cabbarlının “Solğun çiçəklər” dramı
əsasında hazırlanan tamaşanın təqdimat mərasimində hökümət
rəsmiləri, millət vəkilləri, mədəniyyət xadimləri, vətəndaş
çəmiyyətinin nümayəndələri iştirak edib.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və
qızları Leyla Əliyevanın iştirakı ilə 2021-ci ilin oktyabr ayında
açılşı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Cənubi
Qafqazda kifayət qədər əhatəli, çoxşaxəli fəaliyyət istiqamətlərini
birləşdirən ilk ən böyük inklüziv yaradıcılıq və inkişaf
məkanıdır.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü
nəticəsində yaradılan Mərkəzdə xalçaçılıq, tikiş, toxuma, metal və
ağac üzərində oyma, təsviri sənət, keramika, floristika, landşaft
dizaynı, musiqi, audio-səsyazma və s. studiyaları, inzibati
otaqlar, kitabxana fəaliyyət göstərir. Həmin bölmələrdə əlilliyi
olan şəxslərin müvafiq istiqamətlərdə peşə bacarıqlarının
inkişafına dəstək işləri aparılır.

Mərkəzdə teatr quruluşları, müxtəlif musiqili konsert
proqramları və s. üçün 121 yerlik auditoriya da fəaliyyət göstərir.
Bir qədər əvvəl auditoriyada ilk tamaşa təqdimatı olaraq Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə ƏSA Teatrı
tərəfindən hazırlanmış “And” tamaşası təqdim edilib.

Növbəti tamaşa isə “Solğun sevgilər” tamaşasıdır. Tamaşa
insanları sevginin saflığını uca tutmağa çağırır, sədaqəti,
səmimiyyəti, ülvi duyğuları təbliğ edir.

Qeyd edək ki, Nazirliyin dəstəyi ilə 2018-ci ilin dekabrından
başlayaraq ƏSA Teatrı tərəfindən “Göy quş” tamaşası, “Nəsimi ili”nə
bir töhfə olaraq “Nəsimi” antreprizası, “And” tamaşaları
hazırlanaraq uğurla təqdim olunub.

2019-cu ildə isə Nazirliyinin dəstəyi ilə Abdulla Şaiq adına
Azərbaycan Dövlət Kukla Teatrı nəzdində əlilliyi olan şəxslərdən
ibarət “Oyun” Teatr-studiyası da yaradılıb. Məqsəd istedada malik
əlilliyi olan və olmayan şəxslərin incəsənətdə inklüziv şəraitdə,
birgə fəaliyyətini təmin etmək, onların sosial və ictimai rifahını
yüksəltmək, cəmiyyətə “Əlillik qüsur deyil” mesajını
çatdırmaqdır.

“Solğun sevgilər” tamaşanın yaradıcı heyətinin əksəriyyəti
əlilliyi olan şəxslərdir. Yeniyetmə, uşaq və gənclərin rol aldığı
tamaşa izləyicilər tərəfindən maraqla qarşılanıb.

Teqlər: