Qazaxıstanda koronavirusa yoluxanların sayı 375 mini ötüb

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 1 832 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 375 014 nəfərə çatıb.

Bildirilir ki, ötən gün koronavirusdan 2 792 nəfər, hazırkı dövrədək isə 312 837 nəfər sağalıb.