Bakıda ağır qəza olub – 4 nəfər xəsarət alıb (FOTO)

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AzerTimes-ın məlumatına görə, qəza Abşeron rayonu Masazır qəsəbəsi Masazır-Novxanı yolunda qeydə alınıb. İki “LADA” markalı, 15-BV-216 və 99-VK-812 dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Avtomobilin deformasiya uğramış salonundan şəxsləri çıxarmaq üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.

Avtomobildən çıxarılan sürücü və sərnişin aydiyyatı üzrə təhvil verilib.

Teqlər: