Qazaxıstanda helikopter qəzası: 4 nəfər öldü

Qazaxıstanda helikopter qəzası: 4 nəfər öldü

Qazaxıstanın qərbində Mi-8 helikopterinin sərt enişi nəticəsində 4 nəfər həlak olub, 2-i isə yaralanıb.

AzerTimes xəbər verir ki, bu barədə Qazaxıstanın Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin Mülki Aviasiya Komitəsi məlumat yayıb.

“Son məlumata görə, FHN qrupu helikopterə çatıb. 4 nəfər həlak olub, 2-i xəsarət alıb”, – deyə bildirilib.

Teqlər: