AZAL ötən ili xalis mənfəətlə başa vurdu

AZAL ötən ili xalis mənfəətlə başa vurdu

AZAL-ın tarixində ilk dəfə olaraq aviaşirkət ötən ili ilkin nəticələrə görə beynəlxalq maliyyə standartlarına əsasən xalis mənfəətlə başa vurub.

AzerTimes xəbər verir ki, AZAL-ın birinci vitse-prezidenti Samir Rzayev Azərtac-a müsahibəsində avişirkətin maliyyə vəziyyətinin sağlamlaşdırılmasından danışıb.

Qeyd edib ki, 2022-ci il maliyyə nəticələrinə görə AZAL üçün uğurlu olub. Həm xarici, həm də yerli kreditorlar qarşısında bir çox öhdəliklər icra olunub.

Hava gəmisi parkının genişləndirilməsi və yenilənməsi ilə bağlı ötən il alınan “Airbus A320Neo” tipli 3 hava gəmisi üçün daxili vəsaitlər hesabına ilkin ödənişlər və komissiya məbləğləri ödənilib.

Teqlər: