Qaz tankeri partladı: ölənlər var – Video

Qaz tankeri partladı: ölənlər var – Video

Cənubi Afrikanın Boksburq şəhərində qaz tankerində güclü partlayış olub.

AzerTimes xəbər verir ki, hadisə zamanı 8 nəfər həyatını itirib.

Bundan başqa, partlayışın təsirindən körpü dağılıb, bir neçə avtomobil yanıb, yaxınlıqda yerləşən xəstəxanaya isə ciddi ziyan dəyib.

Hadisənin tankerin körpüyə ilişərək qaz sızıntısına yol açmasından sonra baş verməsi ehtimal edilir.

Məsələ ilə bağlı araşdırma aparılır.

Teqlər: