Qaradağ Günəş Elektrik Stansiyası 700 iş yerinin yaradılmasına xidmət edəcək – Pərviz Şahbazov

230 meqavatt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının
istismara verilməsi 700 iş yerinin yaradılmasına xidmət edəcək.

Trend-in məlumatına görə, bunu energetika
naziri Pərviz Şahbazov Azərbaycanda inşa ediləcək Qaradağ Günəş
Elektrik Stansiyasının təməlqoyma mərasiminə həsr olunmuş mətbuat
konfransında deyib.

Onun sözlərinə görə, elektrik stansiyasının tam işə düşməsindən
sonra əlavə 25-30 iş yeri də yaradıla bilər.

Qeyd edək ki, Qaradağ Günəş Elektrik Stansiyasının tikintisini
2022-ci ilin sonunadək bitirmək planlaşdırılır. Bu layihənin
reallaşdırılması 110 milyon kubmetr qaza qənaət etməyə imkan
verəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: