Qarabağla bağlı çəkiləcək filmlər xarici dillərdə də yayımlanacaq – Nazirlik

Xəbər - Fərid Zöhrabov – Trend:

Ötən il Qarabağla bağlı keçirilən film müsabiqəsində seçilən 11
layihənin istehsalı istiqamətində tamamlanma işləri davam
etdirilir.

Bu barədə
Trend
-in sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən
bildirilib.

Qeyd edilib ki, Qarabağ həqiqətlərini dünyaya olduğu kimi
çatdırmaq üçün bu filmlərin başqa dillərə də dublyaj edilməsinə,
yaxud titrla tərcüməsinə ehtiyac var.

“Əlbəttə ki, yeni çəkiləcək filmlərin beynəlxalq auditoriyaya
çatdırılması üçün birinci növbədə ingilis dilində təqdimat
planlaşdırılır. Sonrakı mərhələdə hər bir filmin distribusiya
arealına görə dəyərləndirilərək digər xarici dillərə də tərcüməsi
nəzərdə tutula bilər”, – deyə Nazirlikdən bildiriblər.

Twitter:@FaridZohrabov

Teqlər: