AQTİ İmişli, Sabirabad və Saatlı rayonlarında işlə təmin olunmaq istəyən sakinləri görüşə dəvət edir

Martın 2-si saat 11:00-da İmişli Rayonu Heydər Əliyev Mərkəzində
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA)
sədri Qoşqar Təhməzli İmişli, Saatlı və Sabirabad rayonlarından
olan vətəndaşları qəbul edəcək.

Bununla bağlı, AQTA Qida Təhlükəsizliyi İnstitutunun qeyd olunan
regionlar üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən
vətəndaşları görüşə dəvət edir. Qida məhsulları mühəndisliyi,
istehlak mallarının ekspertizası və marketinqi, metrologiya,
standartlaşdırma və sertifikasiya mühəndisliyi, tibbi profilaktika,
aqronomluq, bitki mühafizəsi, kimya, biologiya, torpaqşünaslıq və
aqrokimya, baytarlıq, balıqçılıq və balıqçılıq təsərrüfatı işi
ixtisasına yiyələnmiş vətəndaşlar işlə bağlı müraciət edə
bilərlər.

Vətəndaşlar adını, soyadını, atasının adını, müraciətinin
məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin
[email protected] elektron ünvanına rəsmi şəkildə müraciət edərək və
ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq martın 1-dək qəbula
yazıla bilərlər.

Qeyd edək ki, vətəndaşlar pandemiya dövrünün tələblərinə uyğun,
qəbula əvvəlcədən qeydiyyatdan keçdikləri siyahı və şəxsiyyətlərini
təsdiq edən sənədlər əsasında buraxılacaqlar.

Teqlər: