“Qarabağ”ın potensial rəqiblərinin matçında 3 qol vuruldu

“Qarabağ”ın potensial rəqiblərinin matçında 3 qol vuruldu

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk qarşılaşmaları başa çatıb.

AzerTimes xəbər verir ki, “Qarabağ”ın növbəti raunddakı potensial rəqiblərindən olan “Ferentsvaroş” öz meydanında Slovakiya təmsilçisi “Slovan”a 2-1 məğlub olub.

Türkiyə təmsilçisi “Fənərbağça”da Polşada Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə üz-üzə gəlib. Qarşılaşmada hesab açılmayıb.

HİK Finlandiyada Çexiyanın “Viktoriya” (Plzen) komandasına 1:2 hesabı ilə uduzub. “Makkabi” (Hayfa) isə İsraildə Yunanıstan “Olimpiakos”u ilə heç-heçə edib.

Günün sonuncu matçında Moldova “Şerif”i Sloveniyada “Maribor”la qolsuz sülhə razılaşıb.

Cavab görüşləri bir həftə sonra keçiriləcək.

Teqlər: