Müdafiə sistemi ilə bağlı razılaşmalar var, amma… – Zelenski

Müdafiə sistemi ilə bağlı razılaşmalar var, amma… – Zelenski

Ukraynanın beynəlxalq tərəfdaşları ilə hava hücumundan müdafiə sistemlərinin alınması ilə bağlı müəyyən razılaşmaları var.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Zelenski əlavə edib ki, Ukrayna dövlətinin nümayəndələri effektiv hava hücumundan müdafiə sistemi əldə etmək üçün bir gün də fəaliyyətini dayandırmayıb:

“Bizim bu məsələdə müəyyən razılaşmalarımız var, raketlərin bir hissəsini məhv etməyə imkan verən müəyyən uğurlar var, lakin bizə tamamilə fərqli sürət və mühafizə miqyası lazımdır. Amma təəssüf ki, hər şey bizdən deyil, siyasi qərarlardan asılıdır”.

Teqlər: