Qarabağda onlarla azərbaycanlı qəbiristanlığı erməni separatçıları tərəfindən dağıdılıb – ABŞ Dövlət Departamenti

Füzuli, Ağdam, Zəngilan, Kəlbəcər, Cəbrayıl rayonlarında erməni
separatçıları tərəfindən onlarla azərbaycanlı qəbiristanlığı
dağıdılıb, erməni məzarlıqları isə toxunulmaz qalıb.

Trend-in
məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin hesabatında
deyilir.

Qeyd olunur ki, Azərbaycan qəbiristanlıqlarının dağıdılması
faktları xarici fotojurnalistlər tərəfindən qeydə alınmış minlərlə
fotoşəkillə təsdiq olunur.

Hesabatda vurğulanır ki, azərbaycanlı qəbirləri erməni
separatçıları tərəfindən təhqirə məruz qalıb. Bəzi hallarda
qəbirlərin talan olunması, o cümlədən texnika ilə dağıdılmasının
izləri aşkarlanıb.

“Ağdama səfər etmiş xarici müşahidəçilər qəbiristanlıqda
qazılmış boş məzarların şəkillərini çəkib. Görüntülərdə sındırılmış
başdaşı, digər başdaşılarda eybəcər hala salınmış portretlər, çəkic
və ya digər bənzər əşyalarla sındırılmış plitələr əks olunub”, –
hesabatda deyilir.

ABŞ Dövlət Departamenti bildirir ki, qəbirlər qızıl diş
axtarışları məqsədilə qazılırdı, qalıqlar isə bütün qəbiristanlıq
ərazisinə atılırdı.

Hesabatda, həmçinin, vurğulanır ki, erməni qəbirisitanlıqları
toxunulmaz qalıb.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: