6%-dən başlayan və 25 illik daxili ipoteka!

ABB daxili ipoteka kreditinin şərtlərini dəyişib. Mənzil, yaxud
fərdi yaşayış evi almaq istəyən müştərilər daxili ipoteka
kreditlərini ABB-dən indi cəmi 6%-dən başlayan illik faiz dərəcəsi
ilə, minimum 15% ilkin ödənişlə, 25 ilədək müddətə ala bilərlər.
Kreditin maksimal məbləği 500 000 manata qədərdir.

ABB 30-dan çox tikinti şirkəti ilə tərəfdaşlıq edir. Müştərilərə
geniş və sərfəli seçim imkanı yaratmaqla yanaşı, ölkəmizdə tikinti
biznesinin inkişafına da töhfə verir. ABB-nin daxili ipoteka
kreditlərinin şərtləri barədə daha ətraflı məlumatı buradan
əldə etmək olar. Krediti
buradan
onlayn sifariş edə bilərsiniz. Müraciət 3-5 gün ərzində
icra olunur.

Qeyd edək ki, Bank müştərilərə təkcə son bir ildə 200 milyon
manatdan çox ipoteka krediti verib. Belə bir göstərici ilə ABB
ölkəmizin ipoteka bazarının liderlərindəndir. Bank daxili
resursları ilə yanaşı, Azərbaycan Respublikasının İpoteka və Kredit
Zəmanət Fondunun vəsaiti hesabına da ipoteka
krediti
ayırır. Bu kreditlərin də müddəti 25 ildir. Maksimal
məbləği isə 150 000 manata qədərdir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet
səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi
Facebook səhifəsindən əldə etmək olar.

Teqlər: