“Qarabağ” Tovuzdan qələbə ilə qayıdır

“Qarabağ” Tovuzdan qələbə ilə qayıdır

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun daha bir oyunu keçirilib.

AzerTimes xəbər verir ki, günün ilk matçında “Turan Tovuz” “Qarabağ”ı qəbul edib.

Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydan sahiblərində 10-cu dəqiqədə penaltidən Otto Con fərqlənib. Ağdam təmsilçisinin qollarını 56-cı dəqiqədə Nəriman Axundzadə, 73-cü dəqiqədə Patrik Andrade, 90+4-cü dəqiqədə penaltidən Toral Bayramov vurub.

Lider “Qarabağ” xallarının sayını 66-ya çatdırıb. Tovuz klubu 35 xalla 7-cidir.

Qeyd edək ki, “Qarabağ” ən yaxın izləyicisi “Neftçi”dən 26 xal öndədir.

Teqlər: