Putindən qəzaya uğrayan təyyarə ilə bağlı göstəriş…

Putindən qəzaya uğrayan təyyarə ilə bağlı göstəriş…

Rusiya Prezidenti Vladimir Putin İstintaq Komitəsinə Belqorod vilayətində İl-76 hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmanın nəticələrini açıqlamaq təlimatı verib.

AzerTimes xəbər verir ki, bu barədə hökumətin məlumatında deyilir.

“Rusiya İstintaq Komitəsi 2024-cü il yanvarın 24-də Belqorod vilayətində İl-76 hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğramasının şəraiti və səbəbləri ilə bağlı araşdırmanın nəticələrini dərc etməlidir . Dövlət başçısı 2024-cü il iyulun 1-dək bununla bağlı hesabat gözləyir”, – deyə bildirilib.

Qeyd edək ki, yanvarın 24-də sözügedən təyyarənin qəzaya uğraması, bəzi iddialara görə, vurulması nəticəsində 65 ukraynalı səfir, o cümlədən ekipaj üzvü həlak olmuşdur.

Teqlər: