“Qarabağ” klubunun Ağdama səfəri gündəmdə deyil – RƏSMİ

“Qarabağ” futbol klubu Azərbaycan çempionu və kubokunun sahibi
olduqdan sonra Ağdama getməyi planlaşdırırdıq.

Bunu Trend-ə “Qarabağ” klubunun mətbuat katibi Gündüz Abbaszadə deyib.

O bildirib ki, lakin Azərbaycan çempionatı və kubok oyunları
başa çatandan sonra komandamızın futbolçuları milli komandalara
yollandılar.

“Futbolçularımız ölkəmizin əsas milli futbol komandasında və U21
komandasında oynayırlar. Bundan başqa legionerlərimizin bir çoxu
Millətlər Liqasının oyunlarıyla bağlı öz milli komandalarına dəvət
aldılar. Legionerlərimiz komandaya iyun ayının 15-dən sonra
qayıdacaqlar. Çempionlar Liqasının təsnifat mərhələsinin oyunlarına
vaxt az qalacağına görə, məşqlərə başlayacaqlar. Buna görə də
Ağdama səfər etmək iyunun 15-nə qədər gündəmdə deyil. Bunun da əsas
səbəbi futbolçularımızın ölkədə olmamasıdır”, -deyə o qeyd edib

Teqlər: