Çində güclü zəlzələ olub

Çinin cənub-qərbindəki Sıçuan əyalətində Rixter cədvəli ilə 6,1
bal gücündə zəlzələ olub.

Trend-in
məlumatına görə, zəlzələnin episentri yerin 17 kilometr
dərinliyində qeydə alınıb.

Zəlzələdən sonra 4,5 bal gücündə təkrar təkanlar baş verib.

Hər hansı bir itki və ya fəsadlar barədə məlumat verilməyib.
Zəlzələ baş verən bölgədə 1,4 milyon əhali yaşayır.