“Qarabağ” ilk dəfə Qarabağda oynayır: Qalib olacaqmı?

“Qarabağ” ilk dəfə Qarabağda oynayır: Qalib olacaqmı?

Bu oyunun formatı belədir ki, kimsə qalib gəlməlidir. Kubok oyunudur. Heç-heçə bitə bilməz. Çox güman ki, projektorlar olmadığından əlavə vaxta gedilməyəcək.

Bu sözləri AzerTimes-a futbol mütəxəssisi Aslan Kərimov bu gün Xankəndi stadionunda keçiriləcək “Qarabağ” – MOİK oyununun nəticələrini haqqında danışarkən deyib.

Onun sözlərinə görə, oyunda böyük hesablı qələbə olmayacaq:

“Qarabağ” kimi bir komandanın birinci liqa təmsilçisinə qarşı oyunundan nəsə demək bir az düz gəlmir. Çünki ayrı səviyyədə olan komandalardır. Məncə, bu oyunun qalibi, sözsüz, “Qarabağ” olacaq. Amma MOİK də ən azından öz gücünü göstərməyə çalışacaq. Hesab edirəm , “Qarabağ”ın qələbəsi burada açıq-aşkardır. Sadəcə, azarkeşlər üçün bir az şou da göstərə bilərlər. Düşünürəm ki, böyük hesablı qələbə olmacaq. Amma “Qarabağ”ın məğlub olma şansı da yoxdur”.

Teqlər: