ABŞ və Yaponiya yeni növ PUA yaradacaq

ABŞ və Yaponiya yeni növ PUA yaradacaq

ABŞ və Yaponiya Müdafiə nazirlikləri pilotlu döyüş təyyarəsi ilə vahid taktiki qrupun tərkibində fəaliyyət göstərəcək yeni nəsil dronların birgə hazırlanması barədə razılığa gəlib.

AzerTimes xəbər verir ki, bu barədə “Sankey” qəzeti Pentaqondakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, bu barədə tezliklə rəsmi açıqlama veriləcək:

“2024-cü ilin ortalarında, müdafiə sahəsində elmi-texniki əməkdaşlıq üzrə ABŞ-Yaponiya qrupunun ilk iclası keçiriləcək. Bu struktur çərçivəsində silah və hərbi sistemlərin, o cümlədən yeni tip pilotsuz təyyarələrin inkişafı koordinasiya ediləcək. Bu kəşfiyyat və hücum pilotsuz təyyarələrinin, xüsusən də Böyük Britaniya, İtaliya və Yaponiyanın birgə təkmilləşdirmək niyyətində olduqları altıncı nəsil döyüş təyyarələrinin əməliyyatlarını dəstəkləmək üçün yaradılması nəzərdə tutulur. Dronlar ümumi tapşırıq çərçivəsində müstəqil qərar qəbul etməyə imkan verən süni intellekt sistemləri ilə təchiz ediləcək”.

Teqlər: