Futbolçusu milliyə çağırıldı

Futbolçusu milliyə çağırıldı

Bosniya və Herseqovina futbol millisinin Dünya Çempinatı – 2018-in seçmə mərhələsində Yunanıstanla keçiriləcək oyun üçün heyəti açıqlanıb.

Bu barədə Bosniya və Herseqovina Futbol Federasiyası məlumat yayıb.

Baş məşqçi Mehmet Bazdareviç 27 futbolçuya dəvət göndərib. Onlar arasında “Qarabağ”ın qapıçısı İbrahim Şehiçin də adı var. Qeyd edək ki, Bosniya və Herseqovina millisi Yunanıstanla iyunun 9-da öz meydanında qarşılaşacaq.