Homoseksual birinci “xanım”

Homoseksual birinci “xanım”

NATO yeni qərargahı Belçikada keçirilən rəsmi mərasimlə hökumət tərəfindən quruma təhvil verilib.

Terrorizmin əsas müzakirə mövzusu olduğu toplantıda dünya liderləri də iştirak ediblər.

Liderlərin bir araya gəldiyi tədbir bir-birindən maraqlı görüntülərlə yadda qalıb. ABŞ prezidentinin ailə fotosu çəkilən zaman Monteneqronun baş naziri itləyərək önə keçməsi, Kanadanın gənc baş nazirinin rəngli çorabları və onları Almaniya Kansleri Angela Merkelə nümayiş etdirməsi və s. günün ən maraqlı kadrları arasına girə bilib.

Zirvədə birinci xanımlar da liderlər kimi kollektiv foto çəkdiriblər. Ona yaxın birinci xanımın yer aldığı fotoda ən maraqlı detal isə bir kişinin olması olub. Kadrdakı yeganı kimi Lüksenburqun homoseksual baş naziri Xavier Bettelin 2015-ci ildə “evləndiyi” həyat yoldaşı Gauther Destenay olub.