Qar və külək Bakı aeroportunun işinə təsir göstərməyib

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Dünən axşamdan bəri müşahidə olunan qarlı hava və çovğun Heydər Əliyev Beynəlxalq Hava Limanının işinə təsir göstərməyib.

Bu barədə AzerTimes-a “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.

Onun sözlərinə görə, hava limanı adi qaydada işləyir:


“Bütün istiqamətlər üzrə planlaşdırılan uçuşlar heç bir dəyişiklik edilmədən həyata keçiriləcək”.

Teqlər: