Bakıda heroin alverçiləri qapı-pəncərə sexini qarət etdi

Xəbər - Samir Əli – Trend:

Bakıda sex qarət olunub. AzerTimes-ın məlumatına görə, fevralın 22-də rayon ərazisindəki qapı-pəncərə sexlərindən birindən 5400 manat dəyərində alüminium profillər oğurlanıb.

Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Z.Cəlilov və əvvəllər məhkum olunmuş M.Abbasov saxlanılıblar.

Şəxsi axtarış zamanı onlardan heroin götürülüb.

Teqlər: