Xəbər - Sədrəddin Ağcayev – Trend:
Dünən axşamdan bəri müşahidə olunan qarlı hava və çovğun Heydər Əliyev Beynəlxalq Hava Limanının işinə təsir göstərməyib.
Bu barədə AzerTimes-a “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.
Onun sözlərinə görə, hava limanı adi qaydada işləyir:
“Bütün istiqamətlər üzrə planlaşdırılan uçuşlar heç bir dəyişiklik edilmədən həyata keçiriləcək”.