Qanunsuz silahlı birləşmələrə qoşulan Azərbaycan vətəndaşı həbs edilib (FOTO)

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən
beynəlxalq terrorçuluqla mübarizə istiqamətində kompleks
əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Aparılmış araşdırmalar nəticəsində Azərbaycan Respublikasının
vətəndaşı, 1989-cu il təvəllüdlü Şıxıyev Bəxtiyar Səttərxan oğlunun
ölkə hüdudlarından kənarda terror aktlarının törədilməsi ilə
müşayiət olunan, dini düşmənçilik, dini radikalizm və dini fanatizm
zəminində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə
müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının Rifil-muhandis
qəsəbəsində xüsusi hazırlıq düşərgəsində təlimlər keçməsinə,
müxtəlif odlu silahlardan istifadə qaydalarına yiyələnərək “Cundul
Şam” adlı qanunsuz silahlı dəstənin fəaliyyətində iştirakına əsaslı
şübhələr müəyyən edilmişdir.

Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə
Bəxtiyar Şıxıyev şübhəli şəxs qismində saxlanılaraq Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan
Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak
etmək məqsədilə sabit qruplar yaratma, həmin qruplarda, təlimlərdə
və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə
təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunmuş,
məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri
seçilmişdir.

Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Teqlər: