Qanunsuz dərman vasitələrinin ölkəyə gətirilməsinin qarşısı alınıb (FOTO)

Avtomobildə dərman vasitələri aşkarlanıb.

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə
daxil olan məlumat əsasında qanunsuz yolla gətirilən xeyli miqdarda
dərman vasitələrinin realizə edilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, keçirilmiş
əməliyyat tədbiri nəticəsində Bakı-Qazax istiqamətində hərəkətdə
olan “Hyundai elantra” markalı avtomobil Yevlax şəhəri ərazisində
saxlanılıb və Yevlax gömrük postuna gətirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin arxa oturacaqlarının
üstündə iki ədəd karton qutuda olan müxtəlif markalı dərman
vasitələri – 43526 həb, 80 ədəd iynə, 106 flakon, 177 ədəd maye,
588 ampul, 148 ədəd məlhəm, 464 ədəd krem, 135 ədəd gel və 120 ədəd
iynə başlığı aşkarlanıb.

Teqlər: