Qalibaf yenidən İran parlamentinin spikeri seçilib

Xəbər - Elnur Bağışov – Trend:

Məhəmməd Baqir Qalibaf 3-cü dəfə olaraq İran parlamentinin sədri
seçilib.

Bu barədə Trend
İran parlamentinin informasiya portalına istinadən xəbər verir.

Məlumata görə, bu gün (25 may) keçirilən seçkilərdə Məhəmməd
Baqir Qalibaft, Murtaza Ağa Tehrani və Feridun Abbasi parlament
sədri vəzifəsinə namizədliyini irəli sürmüşdülər.

Qeyd olunur ki, səsvermədə 281 nəfər iştirak edib, 194 səslə
Qalibaf yenidən sədr seçilib.

Teqlər: