Dövlət Neft Fondu fişinq hücumları ilə bağlı vətəndaşlara xəbərdalıq edib

Dövlət Neft Fondu (ARDNF) fişinq hücumları ilə bağlı
vətəndaşlara xəbərdalıq edib.

Trend xəbəbr
verir ki, qurum bəyan edib ki, son həftələrdə ARDNF və ARDNŞ
adından geniş yayılan vətəndaşların individual əsasda neft və qaz
treydinqi fəaliyyəti haqqında xəbərlərin və eləcə də, təqdim olunan
müvafiq onlayn platformanın tamamilə yalnış və həqiqəti əks
etdirməyən məlumat olduğunu vətədaşların diqqətinə çatdırırıq.

Bu paylaşımların Azərbaycan Respublikası Dövlət Neft Fondunun
fəaliyyətinə heç bir aidiyyatı yoxdur.

Vətəndaşlardan fişinq məqsədi daşıyan bu cür çağırışlardan
yayınmaq məqsədilə yalnız Fondun xəbər mənbələrində əks olunmuş
rəsmi məlumatları izləməyi tövsiyyə olunur.

Teqlər: