Qafqaz Qartalı-2022 təlimi başladı

Qafqaz Qartalı-2022 təlimi başladı

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin Qafqaz Qartalı-2022 adlı birgə təlimləri başlayıb.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin Gürcüstandakı səfirliyindən bildirilib.

Təlimlər Gürcüstanın Muxrovani şəhərində keçirilir.

Qeyd edək ki, Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının iştirak etdiyi “Qafqaz Qartalı” adlı birgə təlimlər hər il təşkil olunur.

Teqlər: