Natiqoğlu: Rus ordusunun zərbələrinin nəticəsi…

Natiqoğlu: Rus ordusunun zərbələrinin nəticəsi…

Bu gün səhər saatlarından etibarən Ukraynanın demək olar ki, bütün böyük şəhərləri, əsasən Kiyev, Dnepr, Zaporojye, Nikolayev, Odessa, Sum, İvano-Frankovsk, Lvov həm qanadlı raketlər, həm də kamikadze dronları vasitəsilə intensiv atəşə tutulur.

Bu sözləri AzerTimes-a Ukraynadakı son vəziyyətlə bağlı “Birlik” Odessa Azərbaycanlıları diaspor təşkilatının sədr müavini Anar Natiqoğlu deyib.

Onun sözlərinə görə, vəziyyət gərgin olaraq qalır:

“Rusiyanın atdığı 84 raketin 41-i Ukrayna Ordusu tərəfindən vurulub. İyirmiyə yaxın insan tələfatından bəhs edilir, ancaq sayın artacağı gözlənilir. Azərbaycanlılar arasında ölən yoxdur. Hələ ki, bütün şəhərlərdə həyəcan siqnalı davam edir. Rus ordusu xüsusilə Qərbi Ukraynada işıq xətlərinə, enerji bloklarına və s. raket zərbələri endirir. Məqsəd ölkənin elektrik enerjisi sistemini iflic etməkdir”.

Teqlər: