PwC Azərbaycanın sponsorluğu ilə “Enactus – Network Leadership Summit 2022” baş tutub

PwC Azərbaycan şirkəti Enactus Azərbaycan tərəfindən Tələbə
Gənclər Təşkilatı İttifaqının və Gənclərin Maariflənməsinə Dəstək
İctimai Birliyinin tərəfdaşlığı ilə təşkil edilmiş “Enactus –
Network Leadership Summit 2022”-nin əsəs sponsorlarından biri
olmuşdur.

Cənubi Qafqaz regionunda ilk dəfə Bakının ev sahibliyi etdiyi
“Network Leadership Summit 2022” tədbirində Enaktus platformasına
üzv olan 25 ölkənin 60-dan çox üzvü iştirak edib.Tədbirinin
gündəliyi üzv ölkələrin proqram rəhbərlərinin ötən müddət ərzindəki
fəaliyyəti, 2023-2025-ci illər üzrə mümkün tədbirlər planı və
növbəti dünya kuboku müsabiqəsinin müzakirə edilməsinə həsr
edilib.

Bağlanış mərasimində PwC Azərbaycanın Audit üzrə Partnyoru Fəxri
Mustafayev çıxış edərək bildirib ki, PwC Azərbaycan şirkəti
gənclərə sərmayə qoymaqla cəmiyyətin gələcəyinə sərmayə qoyur və
daha dayanıqlı dünya qurmağa töhfə verir: “Gələcəyin liderləri
aramızda böyüyür və biz dünyanın inkişafı naminə innovasiya və
biznes prinsiplərindən istifadə etmək üçün gələcək nəsil sahibkar
liderlərin cəlb edilməsinə şirkətimiz tərəfindən tam dəstək verməyə
hazırıq. Bizim missiyamız fərdlərin xarici dünyaya hazırlanmasına
dəstək olmaqdır”, – deyə Fəhri Mustafayev yekun nitqində
bildirib.

PwC daim sahibkarlıq fəaliyyəti vasitəsilə tələbələri dünyanı
inkişaf etdirməyə ruhlandırmaq üçün onlara dəstək olur.

© 2022 PwC. Bütün hüquqlar qorunur.

PwC-nin əsas məqsədi cəmiyyətdə etimad yaratmaq və mühüm
problemləri həll etməkdir. Biz strategiyanın tərtib edilməsindən
icrasına qədər vergi, hüquq, audit və məsləhət sahələrində
müştərilərimizə məsələlərin həllinə yönəldilmiş xidmətlərin
göstərilməsi hesabına buna nail olmuşuq. PwC-nin Bakı ofisində 4
ölkədən 130-dan artıq mütəxəssisimiz yeni perspektivlərin
yaradılması və müştərilərimizə praktiki mәslәhәtlәrin verilməsi
üçün öz bilik, təcrübə və fikirlərini bölüşür. PwC dünyanın 156
ölkəsində audit, vergi və məsləhət xidmətləri sahəsində yüksək
keyfiyyətli xidmətlər göstərən 284,258 mütəxəssisin çalışdığı
şirkətlər şəbəkəsidir. Sizi maraqlandıran məsələləri bizimlə
bölüşün və əlavə məlumat üçün saytımıza daxil olun:
www.pwc.com/az

Teqlər: