Kapital Bank “Qadın sahibkarların inkişafı proqramı”na dəstək verir

Kapital Bank ötən il 8 Mart – Beynəlxalq Qadınlar Günü
ərəfəsində “Women of Azerbaijan” platformasını təqdim etmişdi.
Layihə çərçivəsində Azərbaycanda uğurlu qadın sahibkarlar biznes
qurmağın yolları, uğur qazanmağın sirləri və öz dəyərli
məsləhətləri ilə bölüşürdülər.

Bu il də bayram ərəfəsində Kapital Bank-ın dəstəyi və FemTech-in
təşkilatçılığı həmin platformanın tərkibində “Qadın sahibkarların
inkişaf proqramı” təqdim edilib. Proqram çərçivəsində
startap/biznes ideyası və biznesinin ilkin mərhələsində olan
sahibkar xanımlar ehtiyac olan bütün biliklərə yiyələnə biləcəklər.
İştirak etmək istəyənlər 3 mart 2022-ci il tarixinədək https://woa.az/ saytı vasitəsilə qeydiyyatdan
keçə bilərlər.

Azərbaycan qadını hər zaman öz məğrur xasiyyəti, ailə
dəyərlərinə sadiq olması və cəmiyyətin formalaşmasında müstəsna
rolunun olması ilə seçilib. Lakin bütün bu xüsusiyyətlərə
baxmayaraq ölkədəki qadınlar kişilər ilə müqayisədə sahibkarlıq,
karyera inkişafı və rəhbər vəzifələrdə təmsil olunmaları baxımından
daha az göstəricilərə malikdirlər. Bu kimi layihələr qadın
sahibkarların inkişaf etməsinə müsbət təsir göstərəcək.


Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir
və Azərbaycanda ən böyük filial şəbəkəsi – 104 filialı və 23 şöbəsi
ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə
daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196
Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan
səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi
üçün – https://kbl.az/krdt,
BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.

Teqlər: