Putinin tövbə etmək üçün bir şansı var – Arestoviç

Putinin tövbə etmək üçün bir şansı var – Arestoviç

Siz onun şəkillərini görmüsünüz? O, yazıq, “köhnəlmiş” qocadır.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

“Bu müharibə onu öldürdü. Bu, onun hakimiyyətinin kulminasiya nöqtəsi olmalı idi, lakin uğursuzluq nöqtəsinə çevrildi. Təbii ki, mən onun daxilən nələr keçirdiyini başa düşürəm. Vladimir Vladimiroviç, əgər bizi eşidirsinizsə, tövbə etməli və ruhun ölməzliyi haqqında düşünməlisiniz. Sizə təklif edirəm: bir insanın ölüm anındakı vəziyyəti onun bütün yanlış həyatını dəyişə bilər. Tövbə etmək üçün vaxtınız varsa… – bir şans var”, – Arestoviç söyləyib.

Teqlər: