Putin bu barədə son anda qərar verəcək

Putin bu barədə son anda qərar verəcək

Rusiyanın G20 sammitində iştirak formatı ilə bağlı qərar tədbirdən az öncə veriləcək.

AzerTimes xəbər verir ki, bu açıqlama ilə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov çıxış edib.

“Dəvət var. Biz onu müsbət cavablandırdıq. İştirakın formatı (əyani, yoxsa onlayn – red.) ilə bağlı qərar tədbirdən az öncə veriləcək”, – Uşakov bildirib.

Qeyd edək ki, G20 liderlərinin iştirakı ilə sammitin noyabrda İndoneziyada keçiriləcəyi gözlənilir.

Teqlər: