Putinin illik gəliri açıqlanıb

Rusiya prezidenti Vladimir Putin 2021-ci ildə 10,2 milyon
rubldan çox (125 min dollara yaxın) gəlir əldə edib.

Trend-in
məlumatına görə, bu barədə Kremlin saytında yerləşdirilmiş gəlir
bəyannaməsində deyilir.

Qeyd olunur ki, bu, 2020-ci illə müqayisədə 207,9 min rubl
çoxdur.

Eyni zamanda, baş nazir Mixail Mişustin 18,3 milyin rubl (222
min dollardan çox) gəlir qazanıb. Bu, əvvəlki illə müqayisədə 1,5
milyon rubl azdır.