İstanbulda zəncirvari qəza olub

Türkiyənin İstanbul şəhərində Trans-Avropa magistralında
zəncirvari qəza baş verib.

AzerTimes-ın məlumatına görə, hadisə zamanı 9 avtomobil toqquşub.
Qəza şəhərin cənub-qərbində, Esenyurt rayonunda qeydə alınıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım briqadası və polis cəlb
edilib.

İlkin məlumatlara əsasən, qəza nəticəsində azı 6 nəfər xəsarət
alıb. Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.