Kreml rəhbəri Vladimir Putin Rusiyaya münasibətdə Avropa Şurasının beynəlxalq müqavilələrinə xitam verilməsi haqqında qanun imzalayıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya hökumətinin məlumatında deyilir.
Yeni qanun İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Konvensiyasına, Terrorçuluğa Qarşı Mübarizə Konvensiyasına, Avropa Şurasının Xartiyasına aiddir.