Putin və Makron Rusiya-Ukrayna danışıqlarının gedişatını müzakirə ediblər

Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron
telefon danışığı zamanı Moskva və Kiyev arasında danışıqların
gedişini nəzərdən keçiriblər.

AzerTimes-ın
məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti bildirib.

Məlumata əsasən, eyni zamanda, Rusiya prezidenti mümkün
razılaşmaların inkişafı üçün fundamental yanaşmaları ifadə
edib:

“Vladimir Putin və Emmanuel Makron Rusiya və Ukrayna
nümayəndələri arasında danışıqlarda vəziyyəti müzakirə ediblər. Bu
kontekstdə Rusiya tərəfinin mümkün sazişlərin hazırlanmasına dair
prinsipial yanaşmaları ifadə edilib”.

Teqlər: