Putin: Sərhədin delimitasiyası üçün şərtlər mövcuddur

Putin: Sərhədin delimitasiyası üçün şərtlər mövcuddur

Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyası üçün ilkin şərtlər mövcuddur.

AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Biz öz növbəmizdə nizamlanmaya yönəlmiş istənilən səyləri həmişə alqışlayırıq. Buna görə də bunun (oktyabrın 7-də Praqada Azərbaycan və Ermənistan liderlərinin görüşü – red.) necə əlaqələndirilməsinə gəlincə, bu, təbii surətdə uyğundur”, – Rusiya Prezidenti Praqada Aİ-nin təşkil etdiyi toplantının Soçidəki üçtərəfli zirvə görüşü ilə müqayisə edilib-edilmədiyi sualına cavabında bildirib.

“Və biz qarşıdurmanın azaldılmasına və nizamlanmaya yönələn hər şeyi dəstəkləyirik”, – Putin əlavə edib.

“Sülhməramlılara gəlincə, bu, münaqişəyə son qoyulan 2020-ci ilin noyabrında bizim birgə bəyanatımızda qeyd olunub. Burada əlavə ediləcək heç nə yoxdur. Biz bu barədə (Rusiya sülhməramlılarının Qarabağdakı mandatının uzadılması barədə – red.) danışmışıq”. Bu, bizim birgə razılaşmamızı tələb edir”, – Putin qeyd edib.

Teqlər: