Oğuzda “Ford” ağaca çırpıldı

Oğuzda “Ford” ağaca çırpıldı

Oğuz rayonunun Bayan kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AzerTimes-a verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin ən yaxın xilasetmə qüvvələri – Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri köməyə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Ford” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb və sürücü nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində sürücü müxtəlif xəsarətlərlə zədələnmiş avtomobildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib

Teqlər: