Putin Rusiyadan məhsul və xammalın ixracına və idxalına məhdudiyyətlər tətbiq edib

Rusiya Prezidenti Vladimir Putin “Rusiya Federasiyasının
təhlükəsizliyini təmin etmək məqsədilə xarici iqtisadi fəaliyyət
sahəsində xüsusi iqtisadi tədbirlərin tətbiqi haqqında” fərman
imzalayıb.

Trend “İnterfaks”a istinadən xəbər verir ki, fərmanda Rusiya
Federasiyası Hökuməti tərəfindən müəyyən edilmiş siyahılara uyğun
olaraq məhsulların və ya xammalın Rusiyadan ixracına və ya idxalına
qadağa və müvafiq məhdudiyyətlər barədə bildirilir.

Sənəd həmçinin Rusiya Federasiyası vətəndaşları, əcnəbilər və
vətəndaşlığı olmayan şəxslərə şəxsi istifadə üçün məhsulların və ya
xammalın Rusiyadan ixracı və idxalı üçün istisnalar müəyyən
edir.

Rusiya Federasiyası Hökuməti bu tədbirlərin tətbiqi üçün nəzərdə
tutulan xarici dövlətlərin siyahısını 2 gün ərzində müəyyən
etməlidir.