“Apple”-dan 5G-ni dəstəkləyən yeni “iPhone SE”

Bu gün “Apple” öz təqdimatında “iPhone SE” smartfonunun yeni
prosessorlu və “5G”-ni dəstəkləyən yenilənmiş modelini təqdim
edib.

AzerTimes-ın məlumatına görə, yeni smartfon A15 Bionic prosessoru
ilə təchiz edilib – 14 sentyabr 2021-ci ildə təqdim edilmiş yeni
altı nüvəli çip. Bundan əvvəl sözügedən prosessor yalnız iPhone 13
və 13Pro smartfonlarında mövcud idi. Yeni smartfon eyni zamanda
iPhone 13 kimi daha möhkəm ön və arxa şüşəyə malikdir, həmçinin nəm
və tozdan “IP67” ilə qorunur.

Smartfon təkmilləşdirilmiş batareya və 5G dəstəyi ilə təchiz
edilib. Yeni funksiyalardan – mətni birbaşa kameradan oxumaq, onu
seçmək və digər proqramlara köçürmək imkanı. “iPhone” hələ də
yalnız bir kameraya malikdir, həmçinin Touch ID barmaq izi
skanerini dəstəkləyir.


Yeni iPhone SE-nin başlanğıc qiyməti 429 dollardır.