Putin qalib gələcəyini düşünürsə, yanılır – MKİ

Putin qalib gələcəyini düşünürsə, yanılır – MKİ

Rusiya Prezidenti Vladimir Putin Ukraynada tükəndirmə müharibəsində qalib gələcəyini düşünürsə, yanılır.

AzerTimes xəbər verir ki, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Berns deyib.

“Putin Ukraynaya qarşı qanlı bir müharibədə qalib gələ biləcəyinə inanmaqda yanılır. Çünki işğalın ilk günlərində də ordusunun Kiyevi ələ keçirə biləcəyinə inanmışdı. Putin Kiyevi ildırımsürətli müharibə ilə ala bilməyərək ilkin işğal planlarını səhv hesabladı və yenə də səhv edir. O, təkid edir ki, Ukrayna əsl ölkə deyil, əsl ölkələr mübarizə aparır”, – Berns bildirib.

Teqlər: