Bayden müharibəni davam etdirməlidir… – Volodin

Bayden müharibəni davam etdirməlidir… – Volodin

ABŞ Prezidenti Co Bayden hakimiyyətdə qalmaq üçün Ukraynadakı böhranı davam etdirməlidir.

AzerTimes xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

“Üç ay yarım sonra ABŞ Konqresinə aralıq seçkilər keçiriləcək. Baydenin tərəfdarlarının əksəriyyətini orada saxlaması son dərəcə vacibdir. Əks halda, o, impiçmentə məruz qala bilər. Və o, çətin ki, planlaşdırdığı növbəti prezident seçkilərində namizəd olsun. Baydenin hakimiyyəti saxlamaq üçün Ukraynada davamlı hərbi əməliyyatlara ehtiyacı var, başqa seçimi yoxdur”, – Volodin bildirib.

Onun sözlərinə görə, Ukrayna bu seçkilərdə mühüm rol oynayır.

Teqlər: