Putin ordudakı itkilərin yerini belə dolduracaq

Putin ordudakı itkilərin yerini belə dolduracaq

Rusiya Prezidenti Vladimir Putin hələ də ümumi səfərbərlikdən yayınmağa çalışır.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Rusiya hərbçiləri müharibə nəticəsində dəyən ziyanı bərpa etmək və Ukraynada “əməliyyatı” davam etdirmək üçün qüvvələr toplamaq istəyir. Tarixən Rusiyanın Silahlı Qüvvələri say gücü baxımından öz məqsədlərinə çatmayıb. Üstəlik, Rusiya çoxlu sayda yeni əsgəri orduya sürətlə cəlb etməkdə çətinliklərlə üzləşəcək. Rusiyanın təlim qabiliyyəti fevralın 24-dən etibarən çox güman ki, azalıb. Çünki Kreml döyüşlərdə iştirak etmək üçün təlim keçəcək bölmələri də müharibəyə göndərib. Və bu təlim bölmələrinin itki verdiyi bildirilir. Lakin Rusiya 2022-ci ilin oktyabrında (xüsusən də Ukraynanın işğal olunmuş ərazilərində) payız çağırışından istifadə edərək itkiləri əvəz etmək üçün təxminən 130 min nəfəri orduya cəlb edə bilər”, – məlumatda deyilib.

Teqlər: