ABŞ gəmiləri bu ölkəyə buraxılmadı

ABŞ gəmiləri bu ölkəyə buraxılmadı

Solomon adalarının rəsmiləri ABŞ Sahil Mühafizəsi gəmisinin onların limanına daxil olmasına icazə verməyib.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Sahil Mühafizəsinin Honoluludakı sözçüsü leytenant Kristin Kam məlumat verib.

“Solomon adaları hökuməti ABŞ hökumətinin Honiarada yanacaqdoldurma və tədarük üçün diplomatik icazə tələbinə cavab vermədi. ABŞ Sahil Mühafizəsinin gəmisini qəbul etməkdən imtina edilməsi Solomon adalarının Qərb dövlətləri ilə əlaqələrini Çinin xeyrinə kəsməsi ilə bağlı narahatlıqları artırır”, – Kam bildirib.

Teqlər: