Putin ölkədən 10 min dollardan artıq nağd xarici valyutanın çıxarılmasını qadağan edib

Rusiya prezidenti Vladimir Putin ölkədən 10 min ABŞ dollarından
çox məbləğdə nağd valyutanın çıxarılmasını qadağan edib.

Trend TASS-a istinadən xəbər verir ki, müvafiq fərman Kremlin
rəsmi saytında yerləşdirilib.

“2 mart 2022-ci il tarixindən etibarən Rusiya Federasiyasından
10.000 ABŞ dolları ekvivalentindən çox olan və Rusiya Federasiyası
Mərkəzi Bankının çıxarılma tarixinə müəyyən etdiyi rəsmi məzənnəsi
ilə hesablanan nağd xarici valyutanın və (və ya) xarici valyutada
pul alətlərinin çıxarılması qadağan edilsin”, – sənəddə
bildirilir.

Teqlər: