NATO üzvlüyü təklif etməyə hazır deyilsə, Ukraynaya təhlükəsizlik zəmanəti lazımdır – Zelenski

NATO-ya üzv olan ölkələr Ukraynanın üzvlüyünü qəbul etməyə hazır
deyillərsə, Ukrayna üçün hüquqi təhlükəsizlik təminatları
hazırlamalıdırlar.

Trend xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski
Reuters agentliyinə müsahibəsində bildirib.

Prezident beynəlxalq ictimaiyyəti Ukraynaya dəstək üçün daha çox
iş görməyə, o cümlədən Ukrayna ərazisi üzərində uçuşa qadağan
zonanın tətbiqinə çağırır.

“Söhbət NATO ölkələrini müharibəyə cəlb etməkdən getmir. Həqiqət
budur ki, hamı uzun müddətdir müharibəyə cəlb olunub”, – Zelenski
bildirib.


Ukrayna dövlət başçısının qeyd edib ki, ABŞ prezidenti Co
Baydenin ona bildirdiyinə görə, hələ ki belə bir tədbirin tətbiqi
vaxtı deyil.

“Əgər bizim tərəfdaşlarımız Rusiyanın Ukraynanı NATO-da olmasını
istəmədiyi üçün ölkəmizi NATO-ya qəbul etməyə hazır deyillərsə, o
zaman Ukrayna üçün ümumi təhlükəsizlik təminatlarını
hazırlamalıdırlar”, – Zelenski bildirib.

“Bu o deməkdir ki, bizim ərazi bütövlüyümüz var, sərhədlərimiz
qorunur, bütün qonşularımızla xüsusi münasibətlərimiz var, tam
təhlükəsizliyimizi təmin edən zaminlər buna qanuni şəkildə
edirlər”, Ukrayna prezidenti əlavə edib.