Putin Netanyahu ilə danışdı

Putin Netanyahu ilə danışdı

Rusiya Prezidenti Vladimir Putin İsrailin “Likud” partiyasının lideri, seçkilərdə qələbə qazanmış Benyamin Netanyahu ilə beynəlxalq vəziyyəti müzakirə etmək üçün telefon danışığı aparıb.

AzerTimes xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat verib.

Qeyd olunur ki, tərəflər ikitərəfli gündəliyin aktual məsələlərini nəzərdən keçiriblər.

“Rusiya-İsrail münasibətlərinin bundan sonra da mütərəqqi inkişaf edəcəyinə və müxtəlif səviyyələrdə təmasların davam etdiriləcəyinə qarşılıqlı inam ifadə olunub”, – bəyanatda deyilir.

Putin Netanyahunu və bütün israilliləri yəhudilərin bu günlərdə qeyd olunan Hanukka bayramı münasibətilə təbrik edib.

Teqlər: