Erməni müttəfiqlərimizlə müzakirə edirik – Peskov

Erməni müttəfiqlərimizlə müzakirə edirik – Peskov

Qarabağdakı Rusiya sülhməramlıları imzalanmış müqavilələrə uyğun fəaliyyət göstərir.

AzerTimes xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Rusiya sülhməramlıları fəaliyyət göstərdikləri ərazilərdə asayişin və əmin-amanlığın təmin edilməsi üçün əllərindən gələni edirlər. Və onlar müstəsna olaraq ölkələr arasında imzalanmış müvafiq sənədlərin ruhuna və hərfinə uyğun hərəkət edirlər”, – Peskov bildirib.

Onun sözlərinə görə, Moskva bu məsələni erməni müttəfiqləri ilə müzakirə etməyə davam edəcək.

Teqlər: